Rumıniya Prezidenti: "Rusiya təhlükəsizliyimizə ən böyük risk olmağa davam edəcək"

2024/06/66681-1718099984.jpg
Oxunub: 153     13:14     11 İyun 2024    
Rusiya təhlükəsizliyimizə ən böyük risk olmağa davam edəcək.

Ordu.az xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus İohannis Riqada keçirilən B9 sammitində çıxışında deyib.

Rumıniya dövlət başçısı bildirib ki, Ukraynaya yardım həcmi artırılaraq lazım olduğu müddətcə dava etdirilməlidir.

"Biz, eyni zamanda, NATO-nun həssas tərəfdaşlarına, xüsusilə də Moldovaya diqqət ayırmalı, bu ölkənin öz dayanıqlılığını gücləndirə bilməsi üçün dəstək verməliyik. Rusiya bizim ölkələrimizin və Avropanın təhlükəsizliyinə ən böyük risk yaratmağa davam edəcək. Ona görə də biz buna uyğun hərəkət etməyə hazır olmalıyıq", - Rumıniya Prezidenti vurğulayıb.

O deyib ki, NATO-nun şərq qanadındakı ölkələr Ukrayna və Rusiya arasında gedən müharibənin nəticələrinə ən çox məruz qalan ön cəbhədəki ölkələrdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Rusiya  


Bizi "telegram"da izləyin