ABŞ dövlət katibinin köməkçisi: "Bakı ilə İrəvan arasında sülh regionun iqtisadi imkanlarını genişləndirəcək"

2023/12/1701876287.jpg
Oxunub: 194     13:01     11 İyun 2024    
ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ABŞ-Ermənistan Strateji Dialoqunun İrəvanda keçirilən yekun iclasında deyib.

“Biz regionda uzunmüddətli sülhün bərqərar olması, Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi səylərinə dəstək veririk. Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan, bu sahədə səyləri dəstəkləməkdən məmnunuq”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin