Rusiya XİN: NATO və ABŞ-nin çağırışları nüvə doktrinasının dəyişdirilməsini zəruri edir

2024/05/1715923114.jpg
Oxunub: 158     12:35     11 İyun 2024    
NATO və ABŞ-nin çağırışları Rusiya Federasiyasının nüvə doktrinasının ehtiyaclara uyğunlaşdırmasının vacibliyini gündəmə gətirir.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RF-nin nüvə doktrinasının dəyişdirilməsinin mümkünlüyü haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, NATO və ABŞ-nin çağırışları Rusiya Federasiyasının əsas sənədləri ehtiyaclara uyğunlaşdırmasının zəruriliyi məsələsini gündəmə gətirir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Peterburqda xarici media orqanlarının rəhbərləri ilə görüşdə ölkəsinin nüvə doktrinasına dəyişikliklər edilməsini istisna etmədiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN   NATO   ABŞ  


Bizi "telegram"da izləyin