Nasser Luta: "COP29 Azərbaycanda böyük uğurla keçiriləcək"

2024/06/7e0bc-1718095522.jpg
Oxunub: 162     12:32     11 İyun 2024    
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğurla keçiriləcək və Dubayda təşkil edilən COP28-in davamı olacaq.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BƏƏ-nin rəqabətqabiliyyətlilik və biliklərin mübadiləsi nazirinin müavini Abdulla Nasser Luta deyib.

“Əminik ki, bu, COP-un ən yaxşı tədbirlərindən biri olacaq. İlin ən yüksək əhvali-ruhiyyədə başa çatmasında Azərbaycana uğurlar arzulayırıq. Biz həmçinin 2025-ci ilin fevralında keçiriləcək Dünya Hökumət Sammitində Azərbaycandan olan nümayəndə heyətini qarşılamağı səbirsizliklə gözləyirik. Bu tədbirdə ölkəniz bütün dövlət sektorlarında ən yaxşı təcrübələrini təqdim edə biləcək”, - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan və BƏƏ nazirləri arasında təcrübə mübadiləsi üçün bugünkü forum iki ölkənin bilik, təcrübə və gələcəyə baxışlarını bölüşməkdən ötrü bir araya gəldiyi ilk belə tədbirdir:

“Proqram BƏƏ ilə Azərbaycan arasında 2023-cü ilin fevralında imzalanmış təcrübə mübadiləsi proqramının nəticələrindən biridir”.

Nazir müavini ölkəsinin Azərbaycanla bütün sahələrdə daha sıx tərəfdaşlığa ümid etdiyini qeyd edib.

Xatırladaq ki, bu ilin noyabrında Bakıda COP29 keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   COP29  


Bizi "telegram"da izləyin