Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb

2024/05/1716281391.jpg
Oxunub: 132     12:23     11 İyun 2024    
İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Əsgər Cəhangir mətbuat konfransında deyib.

“Prezident İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı silahlı qüvvələrin məhkəmə təşkilatında cinayət işi açılıb. İş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən izlənilir”, - sözçü qeyd edib.

Qeyd edək ki, mayın 19-da helikopterin İran ərazisində qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs həlak olub. Qəzanın səbəbləri araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəisi   İran  


Bizi "telegram"da izləyin