Blinkenin köməkçisi: Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

2024/06/1718092750.jpg
Oxunub: 167     11:49     11 İyun 2024    
Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülh əldə edilməsi səylərini dəstəkləyir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen ABŞ-Ermənistan Strateji Dialoqu üzrə iclasın açılışı zamanı çıxışında deyib.

Ceyms O'Brayen Vaşinqtonun regionda davamlı sülhün bərqərar edilməsi səylərini dəstəklədiyini vurğulayıb.

"Biz həmçinin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi üzərində işləyirik və Ermənistanla Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək. Və biz bu sahədə səyləri dəstəkləməkdən məmnunuq", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin