Ukrayna öz tuşlama dəstini hazırlayır

2024/06/2024--1718092555.jpg
Oxunub: 172     17:09     11 İyun 2024    
Ukrayna ABŞ istehsalı olan JDAM-ER tuşlama dəstini Ukrayna istehsalı olan oxşarı ilə sınaqdan keçirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, JDAM-ER 72 km-dən çox məsafədəki hədəfləri vurmağa qadir olan GPS ilə idarə olunan uzun mənzilli bombadır.

Bu məsələ Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Sergey Qolubtsovla müsahibədə ümumi mənada müzakirə olunub.

Qolubtsovun sözlərinə görə, Ukrayna hazırda sovet dövründən qalma bombalar üçün yüksək dəqiqliyə malik dəstlər hazırlayır və bu dəstlər yüksək dəqiqlik göstəricisi ilə yanaşı, iki konsolun olması səbəbindən mənzili artımı da təmin edəcək.

O, həmçinin qeyd edib ki, bir neçə həftədən sonra Ukrayna istehsalı olan dəstin sınaqlarına başlanılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   JDAM-ER  


Bizi "telegram"da izləyin