Malavinin vitse-prezidenti və daha 9 nəfər təyyarə qəzasında həlak olub - YENİLƏNİB

2024/06/1718092275.jpg
Oxunub: 192     11:50     11 İyun 2024    
Malavinin vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında həlak olub.

Ordu.az xəbər verir ki, Saulos Çilima və daha 9 nəfər təyyarə qəzasında həlak olub.

Axtarış-xilasetmə əməliyyatından sonra radarlardan itən təyyarə Chikangava meşəsində tapılıb və bütün sərnişinlərin öldüyü məlum olub.

***

Göyərtəsində Malavinin vitse-prezidenti Saulos Çilimanın olduğu təyyarə radarlardan itib.

Ordu.az “Malavi 24” telekanalına istinadən xəbər verir ki, təyyarənin meşəlik ərazidə qəzaya uğradığı ehtimal edilir.

Məlumata görə, Malavi Prezidenti Lazarus Çakvera hadisə ilə əlaqədar Baham adalarına səfərini ləğv edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malavi   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin