“Joğovurd”: Paşinyanın partiyası hökumətin istefası ilə bağlı parlament iclasını pozmağa qərar verib

2024/06/1718092106.jpg
Oxunub: 168     11:23     11 İyun 2024    
"Vətəndaş müqaviləsi" fraksiyası parlamentin Ermənistan müxalifətinin təşəbbüsü ilə keçiriləcək iclasda iştirak etməməyə qərar verib.

Ordu.az-ın məlumatına görə, bu barədə “Joğovurd” qəzeti xəbər yayıb.

Yazıda bildirilib ki, fraksiyanın ötən gün keçirilən toplantısında yetərsayın təmin edilməməsi ilə bağlı yekdil qərar verilib:

“Fraksiyada bu məsələ ilə bağlı fikir ayrılığı müşahidə edilməyib. İclasda iştirak edən hər kəs etiraz aksiyalarına baxmayaraq, impiçment məsələsinin müzakirəyə çıxarılmasının əleyhinə olub”, – qəzetin yazısında belə deyilir.

Qeyd edək ki, Ermənistan parlamentində müxalif deputatların tələbi ilə “Hökumətin istefası ilə bağlı” növbədənkənar iclas keçiriləcək. Bununla bağlı ölkə parlamentinin sədri Alen Simonyan sərəncam imzalayıb. Bildirilib ki, növbədənkənar iclas iyunun 17-də saat 18:30-da keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin