“Teber” Tuşlama Dəstində dizayn dəyişikliyi edilib

2024/06/Kanat-1718091696.jpg
Oxunub: 352     16:45     11 İyun 2024    
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) istifadə etdiyi “Mk-81” və “Mk-82” tipli təyyarə bombalarını ağıllı edən “Teber” Tuşlama Dəstində dizayn dəyişikliyi edilib.

Ordu.az xəbər verir ki, daha öncə quyruqda qanad, bombanı əhatə edən “köynək” və ucunda lazer axtarış başlığından ibarət olan “Teber”in indi də gövdəsində bir qanadı da var.

Qanadlar pilotsuz uçuş aparatları tərəfindən “Teber”in istifadəsini asanlaşdıracaq.

“Teber”in qanad inteqrasiyası ilə manevr qabiliyyətinin artdığı və xüsusilə yüksək G çəkmə tələb edən atış profillərində çox daha yaxşı performans göstərəcəyi vurğulanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   Teber  


Bizi "telegram"da izləyin