Rusiya Ukrayna müharibəsində yeni kamikadze quru platformalarının sınaqlarına başlayıb

2024/06/2024--1718094234.jpg
Oxunub: 227     16:13     11 İyun 2024    
Rusiya ordusu bu yaxınlarda Ukraynada cəbhələrə yerləşdirdiyi yeni kamikadze quru platformalarını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, Rusiyada yerləşən “High Precision Complexes” müdafiə sənayesi şirkəti tərəfindən istehsal olunan “Depesha” və “Buggy” insansız quru platformaları yanacaq və sursat təchizatı kimi missiyalar üçün nəzərdə tutulub.

Şirkətdən verilən məlumata görə, daha da önəmlisi odur ki, bunkerlər, möhkəmləndirilmiş atəş nöqtələri və tanklar kimi istehkamları aradan qaldırmaq üçün bu platformalar partlayıcı maddələrlə təchiz olunaraq, düşmən mövqelərinə göndərilə bilər.

“RİA Novosti”nin məlumatına görə, “dünyanın ilk” kamikadze insansız quru platformaları zirehli vasitələri məhv etmək üçün də istifadə oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin