ABŞ Yaponiya adalarına MQ-4C “Triton” PUA-larını yerləşdirir

2024/06/kolak-1718091326.jpg
Oxunub: 201     15:34     11 İyun 2024    
ABŞ ordusu Yaponiyadakı “Kadena” aviabazasına MQ-4C “Triton” dəniz müşahidəsi Pilotsuz Uçuş Aparatlarını (PUA) yerləşdirib.

Ordu.az xəbər verir ki, oktyabr ayına qədər ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus PUA-lar ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Yaponiyadakı bazasında yerləşdiriləcək.

PUA-ların yerləşdiriləcəyi Nansey adaları Yaponiyanın ən cənubundakı əsas adası Kyuşudan Tayvana qədər uzanır.

Bu inkişaf Çinin Şərq və Cənubi Çin dənizlərində, o cümlədən Yaponiyanın idarə etdiyi Senkaku adalarında iddialarına qarşı artan çağırışlar fonunda baş verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin