Almaniya Ukraynaya 3 ədəd HIMARS sistemi tədarük edəcək

2024/06/2024--1718091265.jpg
Oxunub: 257     13:12     11 İyun 2024    
Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya tərəfindən ABŞ inventarından maliyyələşdirilən 3 ədəd M142 HIMARS Yaylım Atəşli Reaktiv Sisteminin (YARS) yaxın günlərdə Ukraynaya təhvil veriləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin mövcud ehtiyatlarından təhvil verilməsi nəzərdə tutulan bu sistemlər ABŞ-nin sürətləndirilmiş Xarici Hərbi Satış təsdiqi çərçivəsində 30 milyon dollarlıq büdcə ilə Almaniyaya satılıb.

HIMARS ABŞ tərəfindən hazırlanmış mobil artilleriya qurğusudur və 1998-ci ildən fəaliyyət göstərir.

Sistem M1140 yük maşınının şassisinə əsaslanır və 300 kilometrə qədər mənzilə sahib çoxsaylı sursatları işə sala bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna   HIMARS  


Bizi "telegram"da izləyin