Ermənistan DİN-in xilasetmə xidmətinin direktoru hansı əmlaka malikdir? - DETALLAR

2024/06/1718091171.jpg
Oxunub: 214     19:31     11 İyun 2024    
Ermənistanın “168.am” nəşri Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli rəsmilərinin əmlakını ictimaiyyətə təqdim etməyə davam edir.

Ordu.az xəbər verir ki, nəşr Nikol Paşinyanın həmyerlisi, Ermənistan DİN-in xilasetmə xidmətinin direktoru-daxili işlər nazirinin müavini vəzifəsini tutan tavuslu Kamo Tsutsulyanın 2023-cü il üzrə əmlak, gəlirlər, xərclər və maraqlar haqqında illik bəyannaməsini təqdim edib.

KİV bildirib ki, beləliklə, Tsutsulyan 5-i Tavus vilayətində, 1-i İrəvanın Davtaşen inzibati dairəsində olmaqla, 6 daşınmaz əmlak elan edib.

“2013, 2014 və 2017-ci illərdə o, guya Tavus vlayətinin İcevan və Açacur icmalarında mənzil, ictimai bina və torpaq sahəsində tikilmiş fərdi yaşayış evi formasında 3 daşınmaz əmlakı miras olaraq alıb. 2019-cu ildə Tavus vilayətinin Qandzakar icmasında Tsutsulyan daha 2 daşınmaz əmlak alıb: torpaq sahəsi və yeganə mülkiyyətçi kimi idarə etdiyi ictimai əhəmiyyətli bina. 2022-ci ildə DİN məmuru Davtaşendə mənzil alıb, mənzildən birgə mülkiyyət hüquqi ilə istifadə edir. Əldə etmə üsulu bəyannamədə “digər” kimi göstərilir. Tsutsulyan ilin əvvəlində 22 000 ABŞ dolları və 17 milyon dram, ilin sonunda isə 27 000 ABŞ dolları və 19 milyon dram təşkil edən nağd pul vəsaitlərini də bəyan edib. Hesabat ilində DİN-dən əməkhaqqı və digər gəlirlər şəklində daxilolmalar formalaşıb. 17 milyon 260,209 dram əmək haqqı, 4 milyon 547,685 dram isə digər gəlirlər kimi qeyd edilib. Alınmış kreditlərin və götürülmüş borcların əsas məbləğinin qalıqları haqqında sətirdən öyrənirik ki, hesabat ilinin 31 dekabr tarixinə kreditin əsas məbləği 25 milyon 040 000 dram, kreditin obyekti isə çoxmənzilli yaşayış binasındakı mənzildir. 2024-cü ildə təqdim edilən bəyannamədə deklarasiya edən məmurun ailə üzvləri haqqında məlumat sətirində yalnız onun həyat yoldaşı Aşxen Marqaryan haqqında məlumat var. Tsutsulyanın həyat yoldaşı Marqaryan Tavus vilayətinin İcevan icmasında birgə mülkiyyət hüququ ilə torpaq sahəsini, 2021-ci ildə aldığı 2015-ci il istehsalı “Toyota” markalı avtomobilini, 20 min dollarlıq bank depozitini elan edib. Marqaryanın il ərzində gəliri icraçı direktoru olduğu “KENTSAĞSPASARKUM” MMC-dən əldə edilib: gəlir 950.000 dram olub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin