“Gallup”un Ermənistandakı nümayəndəsi: “Hazırkı bu hərəkatın uğur qazanma şansı daha çoxdur”

2024/06/1718090786.jpg
Oxunub: 194     16:51     11 İyun 2024    
Mayın 13-14-də “Gallup” Ermənistanda sorğu keçirib. Sorğunun suallardan biri də Baqrat Srbazanın “Vətən naminə Tavus” hərəkatına necə münasibət bəslənildiyi ilə bağlı olub. Nəticədə sorğuda iştirak edənlərin 52,2 faizi müsbət qiymət verib.

Ordu.az xəbər verir ki, “Gallup International Association”ın Ermənistandakı tamhüquqlu üzvü MPG MMC-nin direktoru Aram Navasardyanın sözlərinə görə, onlar bu mövzuda yeni sorğu keçirməyiblər.

Hakimiyyət nümayəndələrinin hərəkatın ölməkdə olduğu barədə bəyanatlarına gəlincə, Navasardyan vurğulayıb ki, hakimiyyət hərəkatın öldüyünü niyə iddia etdiyini desə, yaxşı olar.

“Əgər mayın 26-da keçirilən mitinqdə insanların sayının mayın 9-dan az olmasından danışırıqsa, bəlkə də oxşar tendensiyaları müşahidə etmək olar, amma hərəkatın uğuru insanların sayı ilə ölçülmür. Hər şey hərəkətin nəticələrinə görə qiymətləndirilməlidir. Mən demirəm ki, indi baş verənlər, hər şey düzgün həyata keçirilir və hər şey effektivdir. Amma son dörd ildəki hərəkatlara nəzər salsaq və bu dövrdəki “Vətən naminə Tavus” hərəkatı ilə paralellər aparsaq, görərik ki, sonuncu hərəkat bundan qat-qat artıq enerji və potensiala malikdir. Dediklərim o demək deyil ki, onlar mütləq uğur qazanacaqlar. Sadəcə dediyim odur ki, hazırkı bu hərəkatın uğur qazanma şansı daha çoxdur”, - deyə o bildirib.

Navasardyan əlavə edib ki, Ermənistanda dəyişikliklərə ehtiyac var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gallup  


Bizi "telegram"da izləyin