Erməni keşiş: “Paşinyan Baqrat Srbazanın yanına adam göndərib, onunla görüşməyə çalışıb”

2024/06/1718090722.jpg
Oxunub: 232     17:11     11 İyun 2024    
“Ermənistanın bu hakimiyyəti çox təhlükəli prosesə başlayır, insanları sıralayır, din xadimlərini ikinci dərəcəli adamlar hesab edir və deyir ki, paltarınızı çıxarın, bundan sonra sizin dövlət işlərində iştirak etmək üçün yeni hüququnuz olacaq”.

Ordu.az xəbər verir ki, bunu Üçmüədzin kilsəsinin keşişi Ruben Zarqaryan deyib.

Zarqaryan qeyd edib ki, bu, hələ kifayət deyil, indi həm də qılınclarını ruhanilər tərəfə yelləyirlər.

“İndi Baqrat Srbazandan niyə qorxurlar? Qorxurlar, çünki adamın itirəcək bir şeyi olmayanda o, sona qədər gedəcək. Onunla ticarət etmək mümkün olmayacaq”, - deyə erməni keşiş bildirib.

Zarqaryan vurğulayıb ki, Paşinyan Baqrat Srbazanın yanına adam göndərib, onunla görüşməyə çalışıb.

“Paşinyan bir həftə əvvəl Baqrat Srbazanın təklif etdiyi liturgiyaya istehza etdikdən sonra Baqrat Srbazanla görüşmək təklifi ilə çıxış edib. Aydındır ki, görüşmək istəyirdi, çünki Tavusda müqavimət ocağının olduğunu anlayırdı. Bu ocaq indi də var”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin