Ukrayna F-16 təyyarələrinin vaxtından əvvəl çatdırılmasını gözləyir - Baş nazir

2024/02/1708492005.jpg
Oxunub: 121     10:49     11 İyun 2024    
Ukrayna F-16 qırıcılarını mümkün qədər tez almaq istəyir.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat paylaşıb.

Hökumət başçısı Kiyevə səfər edən Niderlandın müdafiə naziri Kaysa Ollonqren ilə görüşüb. Şmıqal və Ollonqren ölkələr arasında birgə hərbi istehsal və müdafiə texnologiyalarının mübadiləsini müzakirə ediblər. Baş nazir Niderlandın Ukraynanı Şimali Atlantika Alyansı ölkələri ilə birgə “Patriot” zenit-raket kompleksləri ilə təchiz etmək təşəbbüsünü qeyd edib.

Şmıqal xüsusilə vurğulayıb ki, Kiyev F-16 təyyarələrinin tezliklə təhvil verilməsini gözləyir. Bu da infrastrukturun qorunmasına kömək edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   F-16  


Bizi "telegram"da izləyin