Paşinyanın komanda yoldaşı: “Sofiyada danışıqlara getməyiblər, müharibə ilə üzləşiblər”

2024/06/1718088466.jpg
Oxunub: 258     16:14     11 İyun 2024    
“Sofiyada danışıqlara getməyiblər, müharibə ilə üzləşiblər və “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) ləğv edilməsini imzalayıblar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vahaqn Aleksanyan deyib.

Aleksanyan separatçıları qondarma qurumun ləğv edilməsində ittiham edib.

O, Ermənistan hakimiyyətinin hökumətin planını uğursuz etməsi ilə bağlı müxalifətin tənqidinə toxunaraq qeyd edib:

“Xeyr, biz hökumətin planını uğursuz etməmişik. Biz yazdıqlarımızı gerçəkləşdirmək üçün hər şeyi etmişik, başqa bir şey odur ki, “Qarabağda hakimiyyətin ələ keçirilməsi” və qalanları bütün bu prosesləri pozdu”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sofiya   Qarabağ  


Bizi "telegram"da izləyin