Erməni vəkil: “MTX tərəfindən həbs edilən şəxslər qanunsuz silah saxlamaqda şübhəli bilinirlər”

2022/08/99488-1659960133.jpg
Oxunub: 159     15:40     11 İyun 2024    
“Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Artur və Artak Sarkisyanlar (Arthur Brothers) İrəvan İstintaq Komitəsinin müstəntiqinin qərarı ilə 72 saatlıq rejimdə saxlanılıblar: qardaşlar qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinirlər”.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Arsen Babayan məlumat verib.

“Artur və Artak Sarkisyanların həbsi tamamilə qanunsuzdur və sırf onların etiraz aksiyalarında iştirakı ilə bağlıdır”, - deyə erməni vəkil bildirib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti “Vətən naminə Tavus” hərəkatına dəstək üçün Keniyadan İrəvana gələn general-leytenantı həbs edib. Bu barədə “Milli Cəbhə” “Telegram” kanalı məlumat yayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MTX   Ermənistan   Tavus  


Bizi "telegram"da izləyin