“Past”: Ermənistanın xarici ticarət dövriyyəsinin Rusiyadan asılılığı təxminən 60 faizə çatıb

2024/06/1718088047.jpg
Oxunub: 165     14:59     11 İyun 2024    
Nikol Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti Qərbin maraqları naminə Rusiya ilə münasibətləri korlamaqda davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, eyni zamanda bu hökumətin nümayəndələri mütəmadi olaraq Ermənistan iqtisadiyyatının şaxələndirilməsinin zəruriliyindən danışırlar.

“Bəs Ermənistanın iqtisadiyyatı Qərb üçün nə dərəcədə maraqlıdır və yuxarıda qeyd etdiyimiz “şaxələndirmə” baxımından hazırda hansı göstəricilərə malikik? 2024-cü ilin ilk dörd ayının məlumatlarına görə, Ermənistanın Aİ ölkələri ilə ticarətinin həcmi 24,3 faiz azalıb. Xüsusilə Almaniya ilə ticarət dövriyyəsi təxminən 148 milyon dollar (35,8 faiz azalma), Fransa ilə 42 milyon dollar (təxminən 17 faiz azalma) təşkil edib. ABŞ-yə gəlincə, ticarət dövriyyəsi birdən-birə 39 faiz azalaraq, 144 milyon dollara yaxın olub. Təəssüf ki, bu baxımdan Gürcüstan və İran məsələsində də vəziyyət ürəkaçan deyil. İranla ticarət dövriyyəsi 7,9 faiz (202,7 milyon dollar), Gürcüstanla isə 6,5 faiz (80,1 milyon dollar) azalıb. Hər hansı bir ölkə ilə xarici ticarət dövriyyəsində artım olubmu? Məlum olur ki, bəli. Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi birdən-birə 3 dəfə artıb və 6,3 milyard dollar təşkil edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin