KİV: Makron istefaya getmək imkanlarını yaxın ətrafı ilə müzakirə edir

2024/06/1718087588.jpg
Oxunub: 206     10:25     11 İyun 2024    
Fransa Prezidenti Emmanuel Makron yaxın ətrafı ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

“Prezidentin istefası tabu deyil. Bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır”, - radiostansiya Makronun yaxın adamlarından birinin sözlərini sitat gətirib.

Qeyd olunub ki, Makronun özü son həftələrdə həmsöhbətlərindən biri ilə bu “son tədbirlər ssenarisini” müzakirə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   İstefa  


Bizi "telegram"da izləyin