Xocalı soyqırımı qatili Vitali Balasanyan: “Ümumiyyətlə, Xocalıda soyqırımı olmayıb”

2024/06/1718087382.jpg
Oxunub: 376     14:13     11 İyun 2024    
“Mən Arayik Harutyunyanın yerinə Samvel Şahramanyanın “seçilməsi”nə qarşı olmuşam”.

Ordu.az xəbər verir ki, bunu ləğv edilmiş qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı soyqırımı qatili Vitali Balasanyan deyib.

Onun separatçıların Ermənistandakı qanunsuz “nümayəndəliyi”nə gedib-gəlmədiyi sualına Balasanyan belə cavab verib: “Mən “nümayəndəliy”ə getmirəm, istəyim yoxdur”.

İndi Ermənistanda nə işlə məşğul olduğu sualına Balasanyan cavab olaraq bildirib: “Mən azad insanam. Pensiya da almıram ki, sabah Nikol deməsin Vitali Balasanyan Ermənistanın büdcəsi hesabına pensiya alır”.

Balasanyan deyib ki, o, 2020-ci ildə Paşinyana, Arayik Harutyunyana müraciət edib və qulluq etməyə hazır olduğunu bildirib, qoy təkzib etsin.

“Mən Azərbaycanla 2022-ci ilin sonuna qədər danışıqlar aparmışam. Mənim danışıqlarım zamanı heç nə tələb etmədilər. Heç nə tələb etməyib. Sosial, iqtisadi, itkin düşmüş şəxslər, yol tikintisi, rabitə, qaz, işıq məsələlərini müzakirə etdik və həll etdik. Bizim indi Azərbaycanla heç bir münasibətimiz yoxdur, əlaqələri Ermənistan hökumətinin siyasi hakimiyyətinin başçısı saxlamalıdır. Qoy Nikol Paşinyan inkar etsin ki, mən bir dəfə deyil, 11 dəfə müraciət etmişəm, qulluq etməyə, mənə nə tapşırılıbsa, onu yerinə yetirməyə hazır olduğumu bildirmişəm”, - deyə o vurğulayıb.

Balasanyan bildirib ki, demarkasiya sənədi sabah bir kənara atılacaq, heç kim onu ratifikasiya etməyəcək.

“Azərbaycan heç vaxt sübut edə bilməyib ki, Xocalıda soyqırımı olub. Bu, ümumiyyətlə, olmayıb”, - deyə Xocalı soyqırımı qatili Vitali Balasanyan törətdiyi vəhşilikləri inkar edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı   Soyqırım   Vitali-Balasanyan  


Bizi "telegram"da izləyin