“Past”: Ermənilərin reaksiyası təbii fəlakətlə bağlı birlik və güc nümayiş etdirmək üçün kifayət etməyib

2024/06/1718087288.jpg
Oxunub: 156     13:19     11 İyun 2024    
Dünyanın bütün ölkələrində təbii fəlakətlər, təbiət hadisələri baş verir və dövlətlər adətən öz imkanları ilə cavab verirlər, habelə zərər çəkmiş bölgələrə kömək etmək, evsizlərə yardım etmək, yaşayış yeri təmin etmək və digər məsələlərlə bağlı tərəfdaş və digər dövlətlərə, öz ictimaiyyətlərinə müraciət edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, onilliklər ərzində sivil dünya bir-birinə yaxınlaşmaq və kömək təklif etmək üçün uyğun modellər, strukturlar və prosedurlar yaradıb.

“Lakin bütün bunlar həmin ölkə xalqının reaksiyası ilə müqayisədə azdır. Ermənistan son onilliklərdə çoxlu fəlakətlər görüb ki, bunların da ən böyüyü təbii olaraq 988-ci il dekabrın 7-də baş vermiş zəlzələ idi. 1988-ci il dekabrın 7-dən sonra Ermənistanda təəssüf ki, başqa hallar, müxtəlif təbii fəlakətlər baş verib. Daşqınlar Lori və Tavus vlayətlərinə böyük ziyan vurub və hökuməti bu vilayətləri fəlakət zonası elan etməyə məcbur edib. Sel nəticəsində 4 nəfər həlak olub, onlarla, yüzlərlə ev günlərlə palçıq və su altında qalıb və dəymiş ziyanı ortadan qaldırmaq uzun müddət mümkün olmayacaq. Sivil dünya bu dəfə də cavab verib və köməklik təklif edib. Rusiya Federasiyası Ermənistan hakimiyyəti ilə əlaqə saxladıqlarını və lazımi yardımı göstərməyə hazır olduqlarını qeyd edib. İsveçrə dəymiş ziyanı qiymətləndirmək üçün xüsusi ekspertlər göndərib. Litva Ermənistana 100 min dollar yardım göndərəcək. İran zəruri maddələr göndərib. Argentina və İspaniya da yaxın vaxtlarda Ermənistana humanitar yardım göndərəcək. Yardım etmək istəyənlər arasında 20-dən çox ölkə və diasporun erməni mərkəzləri də var. Təəccüblüdür ki, Ermənistan vətəndaşlarının, xüsusən də vətəndaş cəmiyyətinin reaksiyası təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında birlik və güc nümayiş etdirmək üçün kifayət etməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təbii-fəlakət  


Bizi "telegram"da izləyin