“Hraparak”: Ermənistan parlamentinin deputatları vicdan və əqidəni deyil, “yuxarıdan” gələn əmrləri rəhbər tuturlar

2024/06/image-1718086977.jpg
Oxunub: 175     11:02     11 İyun 2024    
Ermənistanın konstitusiyasında deyilir: “Deputat imperativ mandatla məhdudlaşdırılmayıb, vicdan və əqidəsini rəhbər tutur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, amma Ermənistan parlamentinin deputatları vicdan və əqidəni deyil, “yuxarıdan” gələn əmrləri rəhbər tuturlar.

“Onlar Ermənistan Baş naziri tərəfindən idarə olunur, halbuki, qanuna görə, o, parlament çoxluğundan asılıdır. Onları həm də bəzi ölkələrin səfirləri idarə edir. Ötən gün hökumətin istefasını tələb edən hərəkat parlamentin yaxınlığında olarkən, ABŞ səfiri Kristina Kvin parlamentin sədri ilə “Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və Ermənistan-Azərbaycan danışıqları prosesini müzakirə etmək” üçün parlamentə getməyə tələsib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin