Rusiya səfiri: "Moskva Tokio ilə qarşılıqlı faydalı əlaqələr qurmağa açıqdır"

2024/06/1718082496.jpg
Oxunub: 144     08:57     11 İyun 2024    
Rusiya Yaponiya ilə qarşılıqlı faydalı əlaqələr qurmağa hazırdır.

Ordu.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdryov Rusiya Günü münasibətilə keçirilən qəbulda çıxışı zamanı deyib.

“Biz Yaponiya ilə mehriban qonşuluq, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmağa açığıq”, - səfir qeyd edib.

Nozdryov qeyd edib ki, Rusiya enerji və balıqçılıq sahələrində əməkdaşlığı davam etdirmək niyyətindədir.

Səfirin sözlərinə görə, mədəni mübadilə sahəsinə də maraq var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Tokio  


Bizi "telegram"da izləyin