“Sülh sammiti”: Bəyanatda Rusiyanın qoşunlarını geri çəkməsi tələbi yer almayacaq

2024/06/1718082352.jpg
Oxunub: 226     07:48     11 İyun 2024    
İsveçrədə keçiriləcək Ukrayna üzrə Sülh sammitin yekunlarına dair birgə bəyanatda Moskva ilə münasibətlərə böyük önəm verən bir sıra dövlətlərin mövqeyinə görə Rusiyanın qoşunlarını işğal edilən Ukrayna ərazilərindən geri çəkməsi tələbi yer almayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı sənəd layihəsinə istinadən məlumat yayıb.

Bəyanatda Volodimir Zelenskinin planının 10 müddəasından yalnız 3 bəndi yer alacaq.

Beləliklə, yekun bəyanatda Atom Elektrik Stansiyalarının və ərzaq təhlükəsizliyinin təmin edilməsi, məhbusların azadlığa buraxılması və uşaqların geri qaytarılması məsələləri öz əksini tapacaq.

Layihədə həmçinin, sülhə nail olmaq üçün bütün tərəflərin, həmçinin Rusiyanın bu məsələ ilə bağlı müzakirələrdə iştirakının vacibliyi vurğulanacaq.

İsveçrənin xarici işlər naziri İqnasio Kassis mətbuat konfransında deyib: “Bütün tərəflər Ukrayna üzrə sülh dialoqunda Rusiyanın iştirak etməsinin zəruriliyi ilə razıdır, lakin bunun nə vaxt baş tutmasına dair konsensus yoxdur.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda Ukrayna ilə bağlı sülh konfransının keçirilməsi planlaşdırır. Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən G7, G20 və BRICS ölkələrini konfransa dəvət edib. Rusiya bu görüşə dəvət olunanlar arasında yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Sülh-sammiti  


Bizi "telegram"da izləyin