KİV: ABŞ-da Rusiya və Mərkəzi Asiyadan olan miqrantlar dərhal deportasiya ediləcək

2024/06/1718082017.jpg
Oxunub: 192     05:16     11 İyun 2024    
ABŞ-da Kaliforniyanın sərhədçilərinə Rusiyadan olan qeyri-qanuni miqrantları saxladıqdan sonra dərhal deportasiya etmək əmri verilib.

Ordu.az xəbər verir ki, bu barədə New York Post müvafiq sənədə istinadən yazıb.

Qeyd olunub ki, belə bir tədbir Rusiyadan başqa, Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistandan olan yetkin miqrantlara şamil olunacaq.

Eyni zamanda, şərq yarımkürəsinin 100-dən çox başqa ölkəsindən olan miqrantlar həbs olunduqdan sonra onların işi üzrə məhkəmə tarixi təyin edilərək sərbəst buraxılacaqlar. Sənəddə onların dərhal qovulması tələbi yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Mərkəzi-Asiya  


Bizi "telegram"da izləyin