Mask Hanter Baydenin xaricdəki korrupsiyada iştirakının yoxlanılmasını təklif edib

2024/06/1718081634.jpg
Oxunub: 105     02:15     11 İyun 2024    
Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter Baydenin xaricdəki korrupsiyada mümkün iştirakının hərtərəfli araşdırılmasının vacibliyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İlon Mask “X” hesabında yazıb.

“Onun şəxsi vaxtında etdiklərinin cəmiyyətə heç bir təsiri yoxdur, amma görünür, o, başqa ölkələrdə korrupsiya ilə məşğul olub. Bu, hərtərəfli araşdırmaya layiqdir”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden 25 ilə qədər həbs edilə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Hanter  


Bizi "telegram"da izləyin