Rusiya XİN rəhbəri qazaxıstanlı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib

2024/06/1718081044.jpg
Oxunub: 135     23:21     10 İyun 2024    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu BRİKS ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində keçirilən görüşdə regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, diplomatlar Rusiya ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı, regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər.

Vurğulanıb ki, nazirlər arasında söhbət ənənəvi olaraq Rusiya-Qazaxıstan dialoquna xas olan dostluq şəraitində keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN   Qazaxıstan  


Bizi "telegram"da izləyin