Rusiyanın Ermənistandakı səfiri Kopırkin İrəvana geri qayıdıb

2019/03/34534-1552300464.jpg
Oxunub: 198     21:31     10 İyun 2024    
Daha öncə məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti”yə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”, - Qaluzin vurğulayıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi mayın sonunda Rusiyanın İrəvandakı səfirinin məsləhətləşmələr üçün Moskvaya çağırıldığına dair məlumat yaymışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kopırkin   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin