Finlandiya Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb

2024/06/86f2f-1718041712.jpg
Oxunub: 231     00:11     11 İyun 2024    
Rusiya hərbi təyyarəsi Finlandiya körfəzinin şərq hissəsində, Loviysa yaxınlığında Finlandiyanın hava məkanını pozub.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Pozuntu bu gün, bazar ertəsi səhər saatlarında baş verib. Təyyarə təxminən iki dəqiqə Finlandiya hava məkanında olub və sərhəddən 2,5 km dərinliyə uçub”, - nazirlikdən bildirilib.

“Biz sərhədlərimizin pozulmasını ciddi yanaşırıq, məsələ ilə bağlı araşdırmaya başlanılıb”, - Finlandiyanın müdafiə naziri Antti Hakkyanen deyib.

Qeyd edək ki, Rusiya təyyarələri tərəfindən Finlandiya hava məkanının pozulmasına dair sonuncu təsdiqlənmiş hal 2022-ci ilin avqustunda baş verib. O vaxt iki Rusiya qırıcısı Finlandiya körfəzində hava sərhədini pozmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Rusiya  


Bizi "telegram"da izləyin