Rusiya və Braziliya prezidentləri arasında telefon danışığı baş tutub

2024/06/66673-1718041579.jpg
Oxunub: 151     21:14     10 İyun 2024    
Rusiya Prezidenti Vladimir Putinlə braziliyalı həmkarı Lula da Silva arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsveçrədə Ukrayna ilə bağlı qarşıdan gələn sülh konfransı müzakirə mövzularından biri olub.

Putin Braziliya prezidentinə bu sülh konfransının keçirilməsi ilə bağlı Rusiya tərəfinin prinsipial yanaşmalarını açıqlayıb.

“Braziliya prezidenti, öz növbəsində, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli variantlarının axtarışına töhfə vermək arzusunu dilə gətirib”, - məlumatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Braziliya  


Bizi "telegram"da izləyin