Polşanın silah zavodunda partlayış: ölən var

2023/09/155mm-1695366799.jpg
Oxunub: 187     20:16     10 İyun 2024    
Polşanın cənub-şərqindəki Sventokşisk hərbi bazasındakı “Mesko” silah zavodunda güclü partlayış baş verib.

Ordu.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, partlayış nəticəsində müəssisənin 59 yaşlı əməkdaşı ölüb.

Qeyd edilir ki, son üç ildə müəssisədə daha iki partlayış baş verib. Hər iki halda komissiya təxribat amilini istisna edib.

Qeyd edək ki, “Mesko” Polşanın 100 ildən çox tarixi olan silah zavodudur. SSRİ dövründə orada mülki təyinatlı məhsullar, o cümlədən velosipedlər, diyircək dəzgahları, tekstil maşınları və toxuculuq dəzgahları, hesablama maşınları, elektron kalkulyatorlar və s. istehsal edilib. 1990-cı illərin əvvəllərində zavod yenidənqurma prosesindən keçib və təkrarən silah istehsalına yönəlib. “Mesko” hazırda “Polska Grupa Zbrojeniowa SA” Qrupunun bir hissəsidir və əsasən raket və sursat istehsal edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Silah-zavodu  


Bizi "telegram"da izləyin