Polşa Belarusla sərhəddə bufer zonası yaradacaq

2019/07/donal-1562670445.jpg
Oxunub: 122     19:46     10 İyun 2024    
Polşa hökuməti Belarusla sərhəddə bufer zonasının qaytarılması ilə bağlı qərarı təsdiqləyib.

Ordu.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında deyib.

“Biz Belarusla sərhəddə xüsusi zona ilə bağlı qərarı təsdiqləmişik”, - o bildirib.

Baş nazirin sözlərinə görə, bu zonanın uzunluğu onlarla kilometr, dərinliyi isə bəzi ərazilərdə 200 metrdən 2 kilometrə qədər olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Belarus  


Bizi "telegram"da izləyin