Ermənistan müxalifətinin hökumətə etimadsızlıq təklifi rədd edilib

2024/06/8e218-1718027181.jpg
Oxunub: 188     17:37     10 İyun 2024    
Ermənistan parlamentinin şurası müxalifətin baş nazir Nikol Paşinyanın impiçmentini müzakirə etmək üçün növbədənkənar iclas çağırmaq təklifini rədd edib.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib.

Bundan əvvəl müxalifət parlamentin növbədənkənar sessiyanın gündəliyinə hökumətin istefası və yeni hökumətin formalaşdırılması ilə bağlı məsələnin salınmasını təklif edib.

“Vətəndaş müqaviləsi”nin parlament fraksiyasının rəhbəri Hayk Kondjoryan müxalifəti plenar iclas zamanı onları maraqlandıran məsələləri müzakirə etməyə və ya "Parlament saatı"nda seçilmiş baş nazirə və hökumətə müraciət etməyə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etimadsızlıq  


Bizi "telegram"da izləyin