Ərdoğan İspaniyaya getməyə hazırlaşır

2024/05/1716620601.jpg
Oxunub: 156     17:32     10 İyun 2024    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12-13 iyun tarixlərində İspaniyaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, səfər 8-ci Türkiyə-İspaniya Hökumətlərarası Zirvə Toplantısı çərçivəsində baş tutacaq.

Qeyd olunub ki, İspaniyanın paytaxtı Madriddə Rəcəb Tayyib Ərdoğan və İspaniyanın baş naziri Pedro Sançesin iştirakı ilə "İspaniya-Türkiyə İş Forumu"nun keçirilməsi planlaşdırılır.

Forum çərçivəsində maliyyə, "yaşıl" transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində keçiriləcək panellərdə iki ölkə arasında ticari əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   İspaniya  


Bizi "telegram"da izləyin