Yaponiya “aktiv kibermüdafiə”ni gücləndirəcək

2024/06/2024--1718005473.jpg
Oxunub: 143     17:13     10 İyun 2024    
Yaponiya hökuməti kiberhücumların qarşısını almaq üçün “aktiv kibermüdafiə” imkanlarını, o cümlədən erkən xəbərdarlıq siqnal sistemini gücləndirəcək.

Ordu.az xəbər verir ki, Yaponiyanın Baş naziri Kişida Fumio Rəqəmsallaşdırma üzrə dövlət naziri Kono Taronun rəhbərlik etdiyi hökumətin kibermüdafiə üzrə ekspert nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Kişida qeyd edib ki, mövcud təhlükəsizlik mühiti fonunda Yaponiyanın kiberhücumlarla mübarizə imkanlarının təkmilləşdirilməsi getdikcə aktual bir vəzifəyə çevrilir.

Görüş zamanı Kişida nazir Konoya kiberhücumların qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi də daxil olmaqla “aktiv kibermüdafiə” imkanlarını gücləndirməyi tapşırıb.

Kono kibertəhlükəsizlik və hüquq sahəsində ümumilikdə 17 mütəxəssisin daxil olduğu nümayəndə heyəti ilə görüşündə insanların hüquq və mənafelərinin qorunmasının vacibliyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Kibermüdafiə  


Bizi "telegram"da izləyin