ASELSAN və tədarükçülərin gərgin səyləri ilə 2023-cü ildə 105 məhsul milliləşdirilib

2024/06/2024--1718005290.jpg
Oxunub: 264     17:43     10 İyun 2024    
ASELSAN və tədarükçülərin gərgin səyləri ilə 2023-cü ildə 105 məhsul milliləşdirilib.

Ordu.az xəbər verir ki, müvafiq məlumat ASELSAN-ın dərc etdiyi 2023-cü il üzrə fəaliyyət hesabatında paylaşılıb.

Bu çərçivədə 2018-2023-cü illərdə milliləşdirilən məhsulların sayı 771-ə çatıb və böyük bir uğur əldə edilib.

ASELSAN-ın həyata keçirdiyi milliləşdirmə səyləri sayəsində son 5 ildə təqribən 950 milyon dollar dəyərində pulun Türkiyənin sərhədləri daxilində qalmasına töhfə verilib.

Hesabatda qeyd olunub ki, hazırda 170 tədarükçü ilə 300-ə yaxın məhsulun milliləşdirilməsi səyləri davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin