Lavrov israilli həmkarına Qəzzada hərbi əməliyyatların tezliklə dayandırılmasının zəruriliyini bildirib

2024/03/1711689902.jpg
Oxunub: 214     21:12     07 İyun 2024    
Rusiya xarici işlər naziri Sergey Lavrov ilə İsrail xarici işlər naziri İ.Katz arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, nazirlər Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti vurğulamaqla Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qəzza zolağında davam edən hərbi əməliyyatlar, İordan çayının qərb sahilində və İsrail-Livan sərhədində gərginliyin artması fonunda Rusiya tərəfi hərbi əməliyyatların tezliklə dayandırılmasının və ehtiyacı olan tərəflərə təcili humanitar yardımın göstərilməsi üçün adekvat şəraitin təmin edilməsinin vacibliyini vurğulayıb.

Qəzza zolağında saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi məsələsinə xüsusi diqqət yetirilib. Bütün girovların xilas edilməsi üçün güclü səylərin davam etdirilməsinin vacibliyi bir daha təsdiqlənib.

Nazirlər ikitərəfli gündəliyin bəzi cari məsələlərini də müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   İsrail  


Bizi "telegram"da izləyin