Erməni vilayət rəisi: “Rusiya sərhəd qoşunları Göyçə vilayətini 2022-ci ilin sentyabr hadisələri ilə eyni gündə, bir neçə saat əvvəl tərk edib”

2024/06/1-(2)-1717656076.jpg
Oxunub: 4663     16:38     06 İyun 2024    
“Rusiya sərhəd qoşunları Göyçə vilayətini 2022-ci ilin sentyabr hadisələri ilə eyni gündə, bir neçə saat əvvəl tərk edib”.

Ordu.az xəbər verir ki, bunu Göyçə vilayətinin rəisi Karen Sarkisyan deyib.

“Yəni Rusiya sərhədçiləri 2022-ci ildə onlara həvalə edilmiş əraziləri tərk ediblər?” sualına erməni vilayət rəisi belə cavab verib: “Mənim anlayışıma görə, oradakı ərazilər bizim Müdafiə Nazirliyinə həvalə edilib. Rusların orada nə etdiklərini şərh edə bilmərəm”,

Sarkisyan qeyd edib ki, 2022-ci il hücumundan əvvəl Rusiya sərhədçiləri Zod sektorunda olublar.

“Vilayət səlahiyyətliləri onları tərk etməyə çağırmadılar. Bundan sonra Yuxarı Şorca ərazisində olublar, hər hansı bir fəaliyyət təşkil etməyə cəhd ediblər, mən Azərbaycan Silahlı Qüvvələri ilə görüşü nəzərdə tuturam”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Göyçə  


Bizi "telegram"da izləyin