Rusiya "Alabuqa" azad iqtisadi zonasında PUA zavodu tikir

2024/01/1706679197.jpg
Oxunub: 113     14:01     28 May 2024    
Rusiya Tatarıstanda yerləşən "Alabuqa" Azad İqtisadi Zonasında yeni pilotsuz uçuş aparatı (PUA) zavodu inşa edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin "SavunmaSanayiST" portalı "X" platformasında məlumat yayıb.

Məlumata görə, zavodda ildə 5 mindən çox "Shahed-136" tipli kamikadze PUA istehsalı planlaşdırılır.

"İran istehsalı olan"Shahed-136" daha aşağı qiymət üstünlüyü səbəbindən Rusiya tərəfindən Ukrayna ilə münaqişədə fəal şəkildə istifadə olunur", - paylaşımda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Alabuqa   PUA  


Bizi "telegram"da izləyin