Rəsmi Bakı: Beynəlxalq ictimaiyyət Azərbaycandakı mina təhlükəsi ilə bağlı səylərini səfərbər etməlidir

2024/02/1708322171.jpg
Oxunub: 117     13:30     28 May 2024    
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu gün Ağdamda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Ermənistanın yerləşdirdiyi minalar işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir. Bu gün Sırxavənd kəndində minanın partlaması nəticəsində 27 yaşlı işçi ağır xəsarət alıb, ayağı amputasiya edilib. Geniş səylərə baxmayaraq, Ermənistanın minaların yerləşdiyi yerləri əks etdirən dəqiq xəritələri təhvil verməkdən imtina etməsi səbəbindən minatəmizləmə əməliyyatları bir çox problemlərlə üzləşir. Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir!", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycanın   XİN  


Bizi "telegram"da izləyin