Belçika 2028-ci ilə qədər Ukraynaya 30 ədəd F-16 təhvil verəcək

2024/05/2024--1717055950.jpg
Oxunub: 138     12:39     28 May 2024    
Belçika 2028-ci ilə qədər Ukraynaya Rusiya işğalına qarşı mübarizədə kömək etmək üçün 30 ədəd F-16 qırıcısı tədarük etməyi öhdəsinə götürüb.

Ordu.az xəbər verir ki, bu öhdəlik Ukrayna prezidenti Volodimir Zelenski və Belçikanın Baş naziri Aleksandr De Kroo tərəfindən imzalanan ikitərəfli təhlükəsizlik və uzunmüddətli dəstək sazişinin bir hissəsi kimi qəbul edilib.

“İlk dəfə belə bir razılaşmada 2028-ci ilə qədər Ukraynaya təhvil veriləcək F-16 döyüş təyyarələrinin dəqiq sayı 30 olaraq göstərilib. İlk təyyarə bu il gətiriləcək”, - deyə Zelenski verdiyi açıqlamada bildirib.

Zelenski açıqlamasında ikitərəfli təhlükəsizlik razılaşması çərçivəsində Belçikanın bu il Ukraynaya ən azı 977 milyon avro hərbi yardım edəcəyini də açıqlayıb.

Belçika daha əvvəl avropalı müttəfiqlərin daha geniş təşəbbüsü çərçivəsində Kiyevə F-16 təyyarələri tədarük edəcəyinə söz vermişdi.

Brüssel, həmçinin Rusiyanın 2022-ci ildə başlayan müdaxiləsindən sonra Ukraynaya hərbi dəstək vermək üçün ümumilikdə 1,3 milyard dollarlıq büdcədən istifadə etdiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Ukrayna  


Bizi "telegram"da izləyin