Matias Lüttenberq: "Almaniya Cənubi Qafqazda sülh və sabitlik məsələsinə dəstək göstərməyə hazırdır"

2024/05/Ekran-1716887455.jpg
Oxunub: 119     12:33     28 May 2024    
Almaniya Cənubi Qafqazda sülh və sabitlik məsələsinə dəstək göstərməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə direktoru Matias Lüttenberq “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm! 2024-cü il Azərbaycan və ümumi planetimizin iqlimi üçün mühüm ildir. Çünki COP29 Bakıda keçiriləcək. Ümid edirik ki, bu il həm də Qafqazda sülh və sabitlik üçün həlledici il olacaq. Almaniya bu məsələdə dəstək göstərməyə hazırdır”, - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin