İran Rusiyadan 12 Mi-17 helikopteri alacaq

2024/05/1716885978.jpg
Oxunub: 166     11:54     28 May 2024    
İran Rusiyadan 500 milyon dollara 12 Mi-17 helikopteri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, texnikalar İran Qızıl Aypara Cəmiyyətinə xidmət üçün istifadə olunacaq.

“Rusiyanın helikopterləri” dövlət şirkəti ilk 4 təyyarəni 2025-ci ilin martına qədər təhvil verə bilər.

Qeyd olunub ki, müqavilə İran prezidentinin, xarici işlər nazirinin və onları müşayiət edənlərin həlak olduğu helikopter qəzasından az sonra imzalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   Mi-17  


Bizi "telegram"da izləyin