Makron “müstəqil Avropa təhlükəsizlik siyasəti” çağırışını təkrarlayıb

2024/04/1712293493.jpg
Oxunub: 110     13:51     28 May 2024    
Fransa prezidenti Emmanuel Makron Avropanı hər yerdə müdafiə edəcək gücə və əzmkarlığa sahib olmaları lazım olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Makron müstəqil “Avropa təhlükəsizlik və müdafiə siyasəti”nə ehtiyac duyduqlarını deyib.

Almaniyada dövlət səfərində olan Makron Almaniya prezidenti Frank Valter Ştaynmayerlə Drezdendə təxminən 10 min avropalı gəncə müraciət edib.

Drezdendəki Neumarkt meydanında çıxış edən Makron deyib: “Biz Avropanı hər yerdə müdafiə etmək üçün güc və əzm tapmalıyıq”.

Güclü və suveren Avropanın vacib olduğunu vurğulayan Makron Avropanın dönüş nöqtəsində olduğunu bildirib: “Avropa sülh, rifah və demokratiya hekayəsidir. Amma Avropa hərəkətə keçməsə, bütün bunlar indi təhlükə altında qalacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Avropa  


Bizi "telegram"da izləyin