Almaniyanın “Eurofighter” döyüş təyyarəsi PUA-ya çırpılıb

2024/05/dfdf3-1716884936.jpg
Oxunub: 205     12:13     28 May 2024    
Ötən həftə Mançinq hava limanına yaxınlaşan “Eurofighter” döyüş təyyarəsi Pilotsuz Uçuş Aparatına (PUA) çırpılıb.

Ordu.az xəbər verir ki, pilot toqquşmanı hiss etməsə də, enişdən sonra təyyarənin zədələnməsi aşkarlanıb.

Alman polisi “Eurofighter”in PUA-ya çırpılması hadisəsini araşdırır.

Polisin bildirdiyinə görə, toqquşma uçuş-enmə zolağından təxminən 300 metr şərqdə boş ərazidə baş verib.

Pilot heç nə hiss etməyib, lakin uçuşdan sonra yoxlama zamanı müəyyən zədələr aşkar edilib

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Eurofighter  


Bizi "telegram"da izləyin