Erməni keşiş: “Biz indi növbədənkənar seçkiyə baxmırıq, bu barədə danışmağa belə ehtiyac yoxdur”

2024/05/sdfsd-1716884630.jpg
Oxunub: 181     11:59     28 May 2024    
“Biz indi növbədənkənar seçkiyə baxmırıq, bu barədə danışmağa belə ehtiyac yoxdur”.

Ordu.az xəbər verir ki, bunu “Vətən naminə Tavus” hərəkatının lideri Baqrat Srbazan deyib.

“Biz indi belə bir şeyi nəzərdən keçirmirik, çox açıq deyirəm, ümumiyyətlə, nəzərdən keçirmirik. İndiki mərhələdə gündəm məsələsi olmadığı üçün bu haqda danışmağa belə ehtiyac yoxdur”, - deyə o qeyd edib.

“Hökumətin yay iqamətgahlarına getdiniz, Nikol Paşinyanı görmədiniz, bura gəldiniz, o, artıq yoxdur, adam qaçır. Bundan sonrakı hərəkətləriniz necə olacaq? Özünüz dediniz ki, may zəfər ayıdır, amma artıq başa çatmaq üzrədir” sualına Baqrat Srbazan belə cavab verib: “Mən dedim ki, may yaxşı aydır və may heç vaxt bitmir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Keşiş   Seçki  


Bizi "telegram"da izləyin