“Bayraktar TB3” tramplin sınaqlarına başlayacaq

2024/05/tb3-r-1716882721.jpg
Oxunub: 195     15:23     28 May 2024    
“Baykar” tərəfindən hazırlanan və dəniz platformalarından uçuş qabiliyyətinə malik olacaq “Bayraktar TB3” Pilotsuz Uçuş Aparatı (PUA) üçün sınaqlarda xüsusi mərhələyə keçid edilir.

Ordu.az xəbər verir ki, Keşandakı təlim mərkəzinə “Akıncı” PUA-sının qolunda gedən TB3 orada tramplin sınaqlarına başlayacaq.

“Baykar” TCG “Anadolu”dakı 12 dərəcəlik tramplinin (ski jump) oxşarını Keşanda inşa edib. Qısa müddətdə tramplindən qalxma və enmə sınaqları aparılmağa başlayacaq.

Ötən il ilk uçuşunu edən TB3-ün standart uçuş və havada qalma sınaqları Çorludakı “Baykar” Sınaq Mərkəzində tamamlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB3   TCG  


Bizi "telegram"da izləyin