Ermənistan MN-in balansında olan “Ural”ın qəzaya düşməsi ilə bağlı hərbi hissənin daha 2 vəzifəli şəxsinə qarşı ittiham irəli sürülüb

2024/05/1716882101.jpg
Oxunub: 149     14:01     28 May 2024    
2024-cü il aprelin 12-də Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Ural” markalı avtomobilin qəzaya düşməsi, bunun nəticəsində 4 erməni hərbi qulluqçunun ölməsi və 19 erməni hərbi qulluqçunun müxtəlif dərəcəli xəsarətlər alması hadisəsi ilə bağlı açılmış cinayət işinin ilkin istintaqı davam etdirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsinin 9-cu qarnizon istintaq şöbəsində aparılan cinayət işi çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 538-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş cinayət əməllərini törətdiklərinə görə nəqliyyat vasitəsini idarə edən müddətli erməni hərbi qulluqçuya və hərbi hissənin müvafiq 2 vəzifəli şəxsinə qarşı ittihamlar irəli sürülüb.

İbtidai istintaq zamanı əldə edilmiş faktiki məlumatlar əsasında Ermənistan Cinayət Məcəlləsinin 538-ci maddəsinin 4-cü hissəsi ilə eyni hərbi hissənin 2 vəzifəli şəxsinə ittihamlar da təqdim olunub.

Qeyd olunan 2 şəxsə qarşı ittiham təqdim olunub və məhkəmənin qərarı ilə onlardan biri barəsində həbs-qətimkan tədbiri, digəri barəsində isə ev dustaqlığı seçilib.

İlkin istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin